Bu oyunu kim qaçırıbsa, çox şey itirib! – AVRO-2024-dən VİDEO

20 İyun 2024 01:10 Avropa çempionatı 1 386
Bu oyunu kim qaçırıbsa, çox şey itirib! – AVRO-2024-dən VİDEO

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Hamburq şəhərində baş tutan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

Hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib.

İki dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olmaqla xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurmaqla yekun nəticəni müəyyənləşdirib - 2:2..

Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq