Rumıniyadan Ukrayna üzərində sürpriz qələbə - VİDEO

17 İyun 2024 21:55 Avropa çempionatı 530
Rumıniyadan Ukrayna üzərində sürpriz qələbə - VİDEO

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.

26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə isə Denis Draquş fərqləniblər.


Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!