AVRO-2024-dəki ilk oyununun hakim təyinatları - Türkiyənin

17 İyun 2024 10:40 Avropa çempionatı 797
AVRO-2024-dəki ilk oyununun hakim təyinatları - Türkiyənin

Türkiyə millisi AVRO-2024-ün qrup mərhələsinin birinci turunda Gürcüstanla qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, matçı idarə edəcək hakimlər briqadası açıqlanıb.

Oyuna Argentinadan olan hakimlər briqadası təyinat alıb.

Baş hakim Fakundo Tellodur, ona yan xətt hakimləri Qabriel Çade və Esekyel Braylovski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə litvalı Donatas Rumsas yerinə yetirəcək.

VAR-a ispaniyalı Alexandro Hernandes nəzarət edəcək.

Türkiyə - Gürcüstan görüşü iyunun 18-də keçiriləcək və matça Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM