Niderland geridönüş etdi, Polşaya qalib gəldi - AVRO-2024-dən VİDEO

16 İyun 2024 21:00 Avropa çempionatı 653
Niderland geridönüş etdi, Polşaya qalib gəldi - AVRO-2024-dən VİDEO

Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.

Hamburq şəhərində gerçəkləşan qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib.

Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.

Polşa – Niderland 1:2
Qollar: Buksa, 16 (1:0), Qakpo, 29 (1:1), Veqhorst, 83 (1:2)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq