İtaliya albanların sürpriz etməsinə göz yummadı

16 İyun 2024 01:00 Avropa çempionatı 576
İtaliya albanların sürpriz etməsinə göz yummadı

Avropa çempionatının qrup mərhələsinin I turunda günün son görüşü baş tutub.

Sportinfo.az xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən matçda B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlib.

Oyun italiyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 22-ci saniyədə albanlardan Nedim Bayrami açıb. 11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni hesaba tarazlıq gətirib.

Qarşılaşmanın yekun nəticəsini isə İtaliyanın heyətində 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella təyin edib.

Bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda