"Bunu anlamaq üçün sadəcə olaraq onların oyunçularına baxmaq lazımdır"

13 İyun 2024 22:00 Avropa çempionatı 590
"Bunu anlamaq üçün sadəcə olaraq onların oyunçularına baxmaq lazımdır"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın AÇ-2024-dəki qrupu haqda fikirlərini bildirib.

Sportinfoaz UEFA-nın saytına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı İtaliya və Xorvatiyanın çox güclü komandalar olduğunu bildirib:

“Biz artıq Millətlər Liqasında İtaliya və Xorvatiya ilə qarşılaşmışıq. Onlar çox güclü komandalardır.

Bunu anlamaq üçün sadəcə olaraq onların nailiyyətlərinə, tarixinə və ya oyunçularına baxmaq lazımdır.

Son vaxtlar Albaniya millisi o qədər də yaxşılaşmayıb. Mən U-19 və gənclər komandalarından albanları tanıyıram”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İspaniya millisi Avropa çempionatının qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya komandaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM