Avro-2024: Daha 5 milli 1/8 finala vəsiqə qazandı

26 İyun 2024 01:00 Avropa çempionatı 850
Avro-2024: Daha 5 milli 1/8 finala vəsiqə qazandı

Sportinfo.az xəbər verir ki, Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.

D qrupunda Niderland Avstriyaya 2:3 hesabı ilə uduzub, Fransa isə Polşa ilə 1:1 hesablı heç-heçə edib.

Bununla da Avstriya qrup lideri kimi, Fransa isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Polşa yarışda mübarizəni başa vurub.

Niderland isə hələ də 1/8 final şansını davam etdirir. Çünki reqlamentə əsasən, qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-offa adlayacaq.

C qrupunda isə İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə 0:0 hesablı bərabərə qalıb. Bu nəticələrdən sonra İngiltərə 5 xalla qrup 1-cisi,

Danimarka 3 xalla qrup 2-cisi olaraq pley-offa yüksəlib. Sloveniya isə 3-cü yeri tutan ən yaxşı 4 komandadan 1-i kimi növbəti mərhələyə adlayıb.

D qrupu, 3-cü tur

Niderland - Avstriya - 2:3

Qollar: Qakpo, 47, Depay, 75 - Malen, 6-avtoqol, Şmid, 59, Sabitzer, 80

Baş hakim: İvan Krujlyak (Slovakiya)

Berlin Olimpiya Stadionu

Fransa - Polşa - 1:1

Qollar: Mbappe, 56-pen. - Levandovski, 79-pen.

Baş hakim: Marko Quida (İtaliya)

Dortmund, "Siqnal İduna Park"

N Komandalar O Q H M T-F X
1 Avstriya 3 2 0 1 6-4 6
2 Fransa 3 1 2 0 2-1 5
3 Niderland 3 1 1 1 4-4 4
4 Polşa 3 0 1 2 3-6 1

C qrupu, 3-cü tur

İngiltərə - Sloveniya - 0:0

Baş hakim: Klement Turpin (Fransa)

Köln, “Reyn Enerqi” stadionu

Danimarka - Serbiya - 0:0

Baş hakim: Fransua Leteksye (Fransa)

Münhen, "Alyans Arena"

N Komandalar O Q H M T-F X
1 İngiltərə 3 1 2 0 2:1 5
2 Danimarka 3 0 3 0 2:2 3
3 Sloveniya 3 0 3 0 2:2 3
4 Serbiya 3 0 2 1 1:2 2
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq