Avro-2024-ün F qrupunda mübarizəyə start verilib.
Sportinfo.az xəbər verir ki, bu gün Türkiyə millisi Gürcüstanla üz-üzə gəlib.
Qarşılaşma "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Onlara qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub.
Gürcüstan millisinin heyətində isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.
Türkiyə - Gürcüstan 3:1
Qollar: Mert Müldür, 25, Arda Güler, 65, Kerem Aktürkoğlu, 90+7 - Georges Mikautadze, 32

