Mahir Emreli: “Mən AVRO-2024-də bu komandaya azarkeşlik edəcəm”

15 İyun 2024 13:20 Avropa çempionatı 1 434
Mahir Emreli: “Mən AVRO-2024-də bu komandaya azarkeşlik edəcəm”

"Xorvatiya millisinin AVRO-2024-də şansları böyükdür".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli deyib.

Hücumçu Almaniyada keçirilən Avropa çempionatında favorit hesab etdiyi və azarkeşi olduğu yığma barədə danışıb

: "Düşünürəm ki, Xorvatiya millisinin AVRO-2024-də şansları böyükdür. Çox yaxşı komandaları var.

Favorit hesab etdiyim yığma hər zaman Almaniya olub. Bu turnirdə onlara azarkeşlik edəcəyəm.

Ümumi götürsək, turnirin favoriti ola biləcək yığmalar çoxdur. İngiltərə və Fransa komandalarından uğur gözləmək olar.

Çoxları Belçika milisinin adını çəkmir, amma mənim üçün onlar da favoritdir. Təbii ki, qardaş ölkə Türkiyənin oyunlarını da diqqətdən qaçırmayacağam".

AVRO-2024-də bu gün Macarıstan - İsveçrə (17:00), İspaniya - Xorvatiya (20:00) və İtaliya - Albaniya (23:00) görüşləri keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq