Tanınmış azərbaycanlı proqnoz verdi, iki komandanın adını çəkdi

14 İyun 2024 12:40 Avropa çempionatı 2 456
Tanınmış azərbaycanlı proqnoz verdi, iki komandanın adını çəkdi

Azərbaycanəsilli futbolçu, Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Avropa çempionatından gözləntilərini bölüşüb.

Sportinfo.az "championat"a istinadən xəbər verir ki, o, favoritlər sırasında Fransa və İngiltərə millilərinin adını çəkib.

"Əlbəttə, Avropa çempionatını izləməyi planlaşdırıram. Yaxşı futbol gözləyirəm.

Favoritlərdən danışsaq, Fransa və İngiltərənin adını çəkərdim. Amma hər kəsdən sürpriz gözləmək olar.

Avropa çempionatında istənilən komanda sürpriz edə bilər", deyə Səmədov bildirib.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İlk oyunda Almaniya bu gün Şotlandiya ilə qarşılaşacaq. Komandalar Münhendəki (Almaniya) "Allianz Arena”da qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!