11,3 milyon avro mükafat alacaqlar - Avropa çempionu olarlarsa

17 İyun 2024 00:20 Avropa çempionatı 1 234
11,3 milyon avro mükafat alacaqlar - Avropa çempionu olarlarsa

İngiltərə millisinin futbolçuları 2024-cü il Avropa çempionatını qazanacaqları halda 11,3 milyon avro mükafat alacaqlar.

Sportinfo.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, ingilislərin turnirdə qalib gələcəyi təqdirdə, millinin baş məşqçisi Qaret Sautqeyt 4,7 milyon avro mükafat alacaq.

Bundan əlavə, İngiltərə millisinin AÇ-2024 üçün nəzərdə tutulan ümumi mükafat fondu Qətərdə keçirilən 2022-ci il dünya çempionatında birinci yer üçün gözlənilən bonusların məbləğindən çoxdur.

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində ingilislər Serbiya, Danimarka və Sloveniya ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!