COP29

“Mənə Rəşad Sadıqovla işləmək daha xoşdur”

20 May 16:00 Müsahibə 1 537
“Mənə Rəşad Sadıqovla işləmək daha xoşdur”

“Zirə” “Kəpəz”lə səfər qarşılaşmasından qələbə ilə qayıtmaqla (1:0) avrokuboklara vəsiqə yolunda ciddi addım atmış oldu.

Oyun başa çatandan sonra Zirədən Tovuza gəlmiş futbolçuların çöhrəsindəki təbəssüm anlaşılan idi.

Komandanın əsas üzvlərindən sayılan İsmayıl İbrahimli Sportinfo.az-a açıqlamasında qalibiyyətlə bağlı sualları cavablandırıb.

- Son dəqiqələrdə “Kəpəz” böyük qüvvə ilə irəli atılmışdı. Xal itirmək qorxusu narahatlıq yaradırdı?

- “Kəpəz” elə komandadır ki, hesabda geri düşsə də, təslim olmur, sona qədər mübarizə aparır. Bunu “Sumqayıt” və “Neftçi” ilə oyunlarda göstərmişdilər. Bu fakt bizi son dərəcə diqqətli olmağa məcbur edirdi. Onların irəli atılacaqlarını gözləyirdik. Lakin əsas işi görüb qapımızın toxunulmazlığını qoruya bildik.

- “Sabah” – “Sumqayıt”, “Səbail” – “Neftçi” görüşlərinin yekun nəticələrinə təəccübləndin?

- Son turlarda hər cür nəticə gözləniləndir. Ona görə də təəccüblənməli heç nə yoxdur. Məsələnin sonuncu turda həll olunacağını hiss etmişdim. Düşündüyümüz kimi də oldu. İki final oyunumuz var. Sonuncu turda “Səbail”lə, ölkə kubokunun finalında “Qarabağ”la qarşılaşacağıq.-

- Premyer Liqada sonuncu rəqibiniz ardıcıl 4 oyunda uduzan “Səbail”dir. “Zirə”ni avrokuboklardan nə saxlaya bilər?

- Bizi ancaq özümüz saxlaya bilərik. Qalib gəlsək, qarşımızda maneə olmayacaq. Bunun üçün “Səbail”lə oyuna çox yaxşı hazırlaşıb, 3 xalı qazanmalıyıq.

- Rəşad Sadıqovla “Qarabağ”da komanda yoldaşı olmusuz, bu gün isə baş məşqçindir. Futbolçu Sadıqovla məşqçi Sadıqovu fərqləndirən cəhətlər hansılardır?

- Bundan öncə də məşqçim olub. Futbolçu olduğu dövrdə həm də “Qarabağ”ın U-19 komandasını çalışdırırdı. Həmin vaxt Rəşad müəllimin rəhbərliyi altında oynayırdım. Futbolçu olanda necəydisə, indi də elədir. Mənə Rəşad Sadıqovla işləmək daha rahatdır. Ümid edirəm ona də mənimlə işləmək xoşdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"