COP29

“Neftçi”də yetişən tanınmış: “Sabah beşinci liqa yaradılsa, orada da oynayaram”

20 May 20:20 II Divizion 732
“Neftçi”də yetişən tanınmış: “Sabah beşinci liqa yaradılsa, orada da oynayaram”

“Sabah beşinci liqa yaradılsa, orada da oynaya bilərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kür-Araz”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib.

Vaxtilə millinin və “Neftçi”nin formasını geyinmiş 34 yaşlı oyunçu bu mövsümü yarımhəvəskar II Liqada keçirib.

O, İmişli təmsilçisinin heyətində vurduğu 19 qolla adını bombardirlər yarışmasına yazdırıb.

Cavid “3 qat ölkə çempionunun statusuna görə üçüncü sayılan liqada oynaması qəribə deyil” sualına cavabını dinləyək:

“Mən, onsuz da, peşəkar karyeramı başa vurmuşam. Bundan sonra hansı liqada oynamağımın nə fərqi var?

Peşəkar karyeramı bitirmişəmsə, haradasa oynamalıyam da. Mən burada ayıb bir şey görmürəm.

Sevdiyim işlə məşğul oluram, başqa nəsə etmirəm ki”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"