COP29

"Qarabağ" imza atdı - Son 27 ildə ilk dəfə!

20 May 11:40 Qarabağ 2 920
"Qarabağ" imza atdı - Son 27 ildə ilk dəfə!

"Qarabağ" Azərbaycan çempionatında son 27 ilin ən yaxşı göstəricisinə imza atıb.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" buna Premyer Liqanın XXXV turunda "Turan Tovuz"u (4:3) məğlub etməklə nail olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mövsüm vurduğu qolların sayını 95-ə çatdırıb.

Klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub.

1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qola sevinməyib. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/1997 mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.

Ümumilikdə isə “Qarabağ” yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) 1992-ci ildə daha çox qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"