COP29

"Belə bir haqqımız yoxdur, bunu təsəvvür edə bilmərik"

19 May 22:55 Müsahibə 1 270
"Belə bir haqqımız yoxdur, bunu təsəvvür edə bilmərik"

“Şamaxı” səfər qarşılaşmasında çempionluq yolundakı əsas rəqibi “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub etməklə Premyer Liqanın qapılarını araladı.

Oyunun qəhrəmanı isə heç şübhəsiz Emin Zamanov oldu.

Kapitan rəqib qapıçını 3 dəfə məyus etməklə matçın adamına çevrildi.

“Qəbələ” Futbol Akademiyasının “məzunu” olan Zamanov Sportinfo.az-a müsahibə verib.

- Bu qələbənin sevinc hisləri digərlərindən nə ilə fərqlənir?

- “Şamaxı” bu hisləri yaşamağa layiq komandadır. Çempionatboyu göstərdiyimiz oyunla mövsümün qalibi adını haqq edirdik. Hər nə qədər çətin oyun olsa da, qarşımızda duran qələbə tapşırığının öhdəsindən gəldik. “Şamaxı”nın uğurunu istəyən hər kəsi təbrik edirəm.

- Öz oyunun barədə nə deyə bilərsən? Hər halda, matçın qəhrəmanı oldun.

- Oyunum haqqında kənardan baxanlar danışsa yaxşı olar. 3 qol vurmağımın heç bir önəmi yoxdur. Mənim üçün vacib olan komandamızın uğurudur.

- Sonuncu turda autsayder “Araz Saatlı” ilə qarşılaşacaqsınız. Möcüzə yaşana bilər?

- İndiyə qədər xal itirdiyimiz komandalar məhz bu cür rəqiblər olub. Autsayderlərlə oyunlarda həqiqətən çətinlik çəkirik. Və əminəm ki, “Araz Saatlı” ilə görüş “Qaradağ Lökbatan”la oyundan çətin keçəcək. Qalib gəlmək üçün hazırlaşacağıq.

- Həmin matçda xal itkisini təsəvvür edə bilirsən?

- Bunu təsəvvür edə bilmərik. Çünki belə bir haqqımız yoxdur. Bütün diqqətimizi qələbəyə yönəldəcəyik ki, qalib gəlib çempion olaq.

- Hesabda iki dəfə geri düşsəniz də, yekunda qalib gəldiniz. Baş məşqçiniz fasilədə nəyi dəyişdi?

- İlk hissədə bir az tələskənlik var idi. Qalib gəlmək üçün sakitləşməliydik. İkinci yarıda sakitləşib, bütün diqqətimizi öz oyunumuza ayırdıq. Və bunun da faydasını gördük.

- Qələbəni və het-triki kimə həsr etmək istəyirsən?

- Şəhidlərimizə, qazilərimizə və şəhidlərimizin ailələrinə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!