
Asif Məmmədova “Qəbələ”nin 250 nömrəli forması təqdim olunub.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanına hədiyyənin təqdimat mərasimi Premyer Liqanın XXXV turunun “Araz-Naxçıvan”la matçından əvvəl baş tutub.
“Qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında ikinci olan 38 yaşlı yarımmüdafiəçi yubiley qarşılaşmasına ötən tur çıxıb.
O, XXXIV turun “Sabah”la evdəki görüşündə 250-ci dəfə komandamızın formasını geyinib.
Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.