Otağa endi, futbolçuların üstünə qışqırdı, tələbini dedi - “Qarabağ”la oyundan sonra

17 Fevral 13:20 Hadisə 3 198
Otağa endi, futbolçuların üstünə qışqırdı, tələbini dedi - “Qarabağ”la oyundan sonra

“Braqa”nın prezidenti Antonio Salvador Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.

Sportinfo.az-ın “ojogo.pt” saytına istinadən məlumatına görə, futbol funksioneri Braqadakı oyunun ardından komandanın paltardəyişmə otağına yollanıb.

O, orada yüksək səslə futbolçuları tənqid edib, onlara sərt mesajlar verib.

Komandanın sərgilədiyi oyundan narazılığını dilə gətirən prezident Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə qarşılarına qələbə tələbi qoyub.

“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti