"O, mənim gəlişimdən sonra özünü möhtəşəm göstərir”

22:00 İngiltərə 109
"O, mənim gəlişimdən sonra özünü möhtəşəm göstərir”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandanın yarımmüdafiəçisi Kazemiro barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu ötən ay yayda komandadan azad agent kimi ayrılacağını açıqlasa da, Karrik onun peşəkarlığını xüsusi vurğulayıb:

“Deməliyəm ki, Kazemiro mənim gəlişimdən sonra ilk gündən özünü möhtəşəm göstərir. O, həm meydanda, həm də meydandan kənarda nümunəvi davranır.

Təcrübə çox vacib amildir. Kazemiro kimi oyunçular gənc futbolçular üçün örnək olur və öz təcrübələrini onlarla bölüşürlər.

Onunla işləmək mənim üçün böyük məmnunluqdur və əməkdaşlığımızın daha bir neçə ay davam edəcəyinə şadam”.

Kazemiro 2022-ci ildə “Real”dan “Mançester Yunayted”ə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti