“Qarabağ”ı uddular, “Nyukasl” rəhbərliyinin planları pozuldu - İstefaya göndərmədilər

01:00 İngiltərə 141
“Qarabağ”ı uddular, “Nyukasl” rəhbərliyinin planları pozuldu - İstefaya göndərmədilər

“Nyukasl”ın baş məşqçisi Eddi Haunun istefaya göndərilmə planı baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb isə komandanın Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”ı 6:1 hesabı ilə məğlub etməsi olub.

Azərbaycan çempionu üzərində inamlı qalibiyyət İngiltərə klubunun rəhbərliyinin planlarını dəyişib. Bu barədə sözügedən ölkənin KİV-ləri məlumat yayıb.

Komandanın Premyer Liqadakı nəticələri 48 yaşlı məşqçinin istefasını yaxınlaşdırırdı. Lakin Bakıda qazanılan qələbə “Nyukasl”ın 1/8 final mərhələsinə yüksəlmə ehtimalını xeyli artırıb.

Buna görə də Haunun daha bir müddət komandada qalmasına qərar verilib.

Rəhbərlik uğursuz nəticələr davam edəcəyi təqdirdə mövsüm bitməmiş baş məşqçi dəyişikliyi etməkdən çəkinməyəcək. Hazırda alternativ namizədlərlə danışıqlar aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!
24 Fevral 03:20 Tacikistana da uduzduq
24 Fevral 02:20 “Allaha şükür edirəm"