İki məşhur futbolçu Səudiyyə Ərəbistanına gedə bilər - Premyer Liqadan

00:10 İngiltərə 62
İki məşhur futbolçu Səudiyyə Ərəbistanına gedə bilər - Premyer Liqadan

Səudiyyə Ərəbistanı liqası yay transfer dövründə bir neçə aparıcı oyunçu ilə güclənəcək.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasından iki yüksək səviyyəli oyunçu Pro Liqaya keçmək qərarına gəlib.

Sözügedən futbolçuların dəqiq kimliyi açıqlanmayıb. Azarkeşlər onlardan birinin “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah ola biləcəyini ehtimal edirlər.

Mənbə vurğulayır ki, bu oyunçuların Səudiyyə Ərəbistanına transferləri ilə bağlı açıqlamalar DÇ-2026 başlamazdan əvvəl verilə bilər.

Hazırda Kriştiano Ronaldo (“Əl-Nəsr”) və bir neçə digər yüksək səviyyəli oyunçu Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!
24 Fevral 03:20 Tacikistana da uduzduq
24 Fevral 02:20 “Allaha şükür edirəm"