Yeni müqavilə bağlayacaq - 19 yaşlı yarımmüdafiəçi ilə

12:00 Fransa 66
Yeni müqavilə bağlayacaq - 19 yaşlı yarımmüdafiəçi ilə

PSJ yarımmüdafiəçisi Senni Meyulu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 19 yaşlı futbolçuya müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif edəcək.

Avropanın bir sıra klublarının maraq göstərməsinə baxmayaraq, fransalı futbolçu komandadan ayrılmaq niyyətində deyil. Klub rəhbərliyi heyətin əsas oyunçularını qorumaq üçün aktiv danışıqlar aparır.

Daha əvvəl PSJ-nin yarımmüdafiəçi Joao Neveş, hücumçu Osman Dembele və vinger Bredli Barkola ilə də müqavilələri yeniləmək istədiyi bildirilmişdi.

Baş məşqçi Luis Enrikenin rəhbərliyi altında çıxış edən Meyulu cari mövsümdə 28 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti