"Turan Tovuz" Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların inamlı qalibiyyəti ilə yekunlaşıb - 3:0.
Tovuz təmsilçisinin qollarını 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə Filip Ozobiç vurub, 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Turan Tovuz" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. "Qəbələ" 15 xalla 10-cu sıradadır.
“Qəbələ” – “Turan Tovuz” 0:3
Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqə: Rəhim Sadıxov, 34 (qeyri-idman hərəkəti)
Qollar: Alexandro Serrano, 9; Filip Ozobiç, 18; Seydina Keyta, 47 (ö.q.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.
“Qəbələ”
93. Rza Cəfərov
28. Murad Musayev (k)
7. Turan Manafov
(66. Nuğay Rəşidov, 46)
27. Eşqin Əhmədov
(13. Nicat Əliyev, 69)
24. İsmael Akinade
(10. Şahin Şahniyarov, 56)
33. Seydina Keyta
50. Adriel Ba Loua
3. Eduardo Kunde
(12. İbrahim Sanqare, 69)
6. Xayme Syerra
8. Sambu Sissoko
(30. Prins Ovusu, 56)
14. Domi Massumo
Ehtiyat oyunçular:
1. Səlahət Ağayev
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
16. İsaak Amoah
70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
“Turan Tovuz”
41. Sergey Samok
29. Filip Ozobiç
(19. Roberto Olabe, 71)
17. Rəhim Sadıxov
(6. Fərid Yusifli, 84)
11. Ayxan Hüseynov
(9. Coş Cinnelli, 84)
5. Roderik Miller
(2. Mark Rene Mampassi, 46)
3. Enrike Silva
23. Alexandro Serrano
99. Vadji İbrahima
(90. Joarlem Santos, 71)
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
7. Xorxe Silva
Ehtiyat oyunçular:
1. Oleq Baklov
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev
8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

