“Ayntraxt Frankfurt”futbolçusu Rasmus Kristensen Çempionlar Liqasında “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportinfo.az xəbər verir ki, danimarkalı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında çıxışlarının qənaətbəxş olmadığını etiraf edib.
“Hesab edirəm ki, bir çox şeyləri düzgün etdik, yaxşı oynadıq və hesabda önə keçdik. Lakin qoldan dərhal sonra qapımızda top gördük ki, bu da qəbulolunmazdır”, - qeyd edib.
"Qarabağ"ın oyununu yüksək qiymətləndirən Kristensen daha sonra deyib:
"Qarabağ”ı təbrik edirəm, onlar əldə etdikləri şanslardan çox yaxşı istifadə etdilər. Səhvlərimizdən faydalanaraq bizi cəzalandırdılar”.

