Ağdam klubunun yeni transferinin adı ÇL-in bombardirləri siyahısında - FOTO

Ağdam klubunun yeni transferinin adı ÇL-in bombardirləri siyahısında - FOTO

“Qarabağ”ın yeni transferi Kamilo Duran Çempionlar Liqasında tarix yazmağa davam edir.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı vinger cari mövsüm göstərdiyi məhsuldarlıqla turnirin ən yaxşı bombardirləri siyahısında özünə yer tapıb.

Hazırda Duranın aktivində 4 qol var və o, bu nəticə ilə turnirdə bir çox dünya ulduzunu geridə qoymağı bacarıb.

Bombardirlər siyahısının ilk üçlüyünə “Real Madrid”in ulduzu Kilian Mbappe rəhbərlik edir. Fransız hücumçu artıq rəqib qapılarına 11 dəfə yol tapıb.

İkinci pillədə 7 qolla “Bavariya”nın hücumçusu Hari Keyn, növbəti pillələrdə isə 6 qolla “Nyukasl”dan Entoni Qordon, “Mançester Siti”dən Erlinq Haaland və “Qalatasaray”dan Viktor Osimhen qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti