“Mançester Siti” təklifi rədd etdi - Müdafiəçini “Milan”a satmadıılar

18:20 İngiltərə 75
“Mançester Siti” təklifi rədd etdi - Müdafiəçini “Milan”a satmadıılar

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın müdafiəçisi Natan Akenin satışına müsbət yanaşmır.

Daha əvvəl “şəhərlilər”in niderlandlı futbolçu ilə bağlı qış transfer pəncərəsində təklifləri nəzərdən keçirəcəyi gözlənilsə də, müdafiə xəttində yaşanan zədə böhranı bu planları dəyişib.

Sportinfo.az “Voetbal International”-a istinadən xəbər verir ki, “Milan” 30 yaşlı müdafiəçini transfer etməkdə maraqlıdır və artıq “Mançester Siti”yə rəsmi sorğu göndərib

. Ancaq İngiltərə klubunun rəhbərliyi və baş məşqçi Qvardiola danışıqlara başlamaqdan imtina ediblər.

Natan Akenin “Mançester Siti” ilə müqaviləsinin müddətinin bitməsinə bir il yarım qalır. Onunla maraqlanan klublar arasında “Barselona”nın da adı hallanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti