“Mançester Siti”dən ayrılmaq istəyir - Misirli hücumçu

00:00 İngiltərə 70
“Mançester Siti”dən ayrılmaq istəyir - Misirli hücumçu

“Mançester Siti”nin hücumçusu Omar Marmuş klubunu dəyişmək niyyətindədir.

Misirli futbolçu yanvarın əvvəlində “Bornmut”dan transfer edilən Antuan Semenyonun gəlişindən sonra əsas heyətdə sabit oyun praktikası əldə etməmək riski ilə üz-üzə qalıb.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, 26 yaşlı forvard qış transfer pəncərəsi bağlanmamış komandadan ayrılmağa hazırdır.

Marmuşla ən ciddi şəkildə maraqlanan klublar kimi “Aston Villa” və “Tottenhem” göstərilir.

“Mançester Siti” ötən ilin əvvəlində Marmuşu Frankfurt “Ayntraxt”ından 75 milyon avroya transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 18:10 Çək və bizə göndər!