"Mənimlə əlaqə saxladığı anda anladım ki, artıq dünya səviyyəli oyunçuyam”

20:50 Fransa 124
"Mənimlə əlaqə saxladığı anda anladım ki, artıq dünya səviyyəli oyunçuyam”

PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Paris klubuna keçməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçu “Napoli”dən PSJ-yə transferində təsirli olan əsas amillərdən birinin fransızların təqdim etdiyi layihə olduğunu bildirib:

“Mənim başqa variantlarım da var idi, amma Luis Enrike (PSJ-nin baş məşqçisi) və Luiş Kampus (məsləhətçi) mənə PSJ layihəsini necə təqdim etdilərsə, çox böyük təsir bağışladı.

Heç tərəddüd etmədən razılaşdım. Mən uşaqlıqdan PSJ-də oynamağı arzulayırdım və klubun mənimlə əlaqə saxladığı anda anladım ki, artıq dünya səviyyəli oyunçuyam”.

25 yaşlı oyunçu PSJ-yə 2025-ci ilin yanvarında qoşulub. O, bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti