QALMAQAL: "Pasportum AFFA-dadır, vaxtı da bitməyib" - MÜSAHİBƏ

30 Avqust 2025 09:40 Müsahibə 2 302
QALMAQAL: "Pasportum AFFA-dadır, vaxtı da bitməyib" - MÜSAHİBƏ

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Sportinfo.az-a müsahibə verib.

O, milli komandamıza dəvət olunmamasına, baş məşqçi Fernandu Santuşun onunla bağlı qalmaqallı açıqlamasına aydınlıq gətirib.

- Fernandu Santus sizin pasportla bağlı probleminizin olduğunu açıqlayıb. Doğrudanmı belə probleminiz var?

- Açığı, bunu şərh etmək mənim üçün çətindir. Buna görə də şərhsiz keçinirəm. Ən yaxşısı, gərək vəziyyəti öyrənim.

- Deməli, millinin baş məşqçisi düzgün açıqlama verməyib...

- Mən bilmirəm. Bu barədə şərh verə bilmərəm.

- Sizin sənədlə bağlı probleminiz varmı?

- Bu barədə eşitməmişəm.

- Düşünmürsünüzmü ki, milliyə çağırılanların siyahısı hələ Premyer Liqa start götürməmişdən hazırlanıb?

- Kimin millidə olacağına baş məşqçi qərar verir. O, çempionatı izləyir, yəqin ki, kimi çağırmağın gərəkliyini, kimin faydalı olacağını görür, bilir. Buna görə də milliyə yalnız uğurlar arzulaya bilərəm.

- AFFA məsələni belə şərh edib ki, adınız ilkin siyahıda olmayıb, sonradan çağırılmaq istədikdə isə viza almağa vaxt çatmayıb. Ümumiyyətlə, sizə milli assosiasiyadan müraciət olubmu?

- Mənim pasportum AFFA-dadır. Qalan məsələləri bilmirəm. Ola bilsin, həqiqətən də çatdıra bilməyiblər. Mən bunu öyrənə bilmərəm. Ona görə də şərhim yoxdur.

- Xarici pasportunuzun vaxtı bitməyib?

- Yəqin ki, yox (gülür - red.).

- Milliyə çağırılan qapıçılardan Şahrudin Məhəmmədəliyevin oyun praktikası azdır, Aydın Bayramov və Rza Cəfərov isə klublarında oynamırlar. Belə qapıçı heyəti ilə nəyə ümid etmək olar?

- Hesab edirəm ki, hər üçü Azərbaycan millisində oynamağa layiqdir.

- Lakin Santuş oyun praktikası olmayanları yığmaya çağırmayacağını bildirib...

- Bunu şərh etmək mənim üçün çətindir. Özü daha yaxşı bilir, görür. Köməkçiləri bu mənada ona yardımçı olurlar. Milliyə çağırılanlar problemsiz oynaya biləcəklər.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA