“Qarabağ” ÇL-də daha bir potensial rəqiblə tanış oldu

“Qarabağ” ÇL-də daha bir potensial rəqiblə tanış oldu

“Qarabağ” növbəti mövsüm yenidən Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin daha bir potensial rəqibi məlum olub.

Slovakiyada çempion olan Bratislava “Slovan”ı “köhlən atlar”la qarşılaşa bilər. Bu komandalar 1-ci yox, 2-ci mərhələdə üz-üzə gələ bilərlər.

“Qarabağ” mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq.

Təmsilçimizin ilk matçı 8-9 iyul tarixlərində, cavab matçı isə 15-16 iyulda olacaq.

Ağdam klubunun hələlik ilk turda müəyyənləşən mümkün rəqibləri isə bunlardır: “Linfild”, “Differdanj”, “Jalqiris”, “İberiya”, “Levadiya”, “Dinamo” (Minsk), “Nyu-Seynts”, “Buduçnost” və “Virtus”dur. (Offsideplus.az)

Digər Xəbərlər
Xəbər Lenti