“Real”, “Barselona”, “Mançester Siti” və “Bayern" - Ançelottinin ÇL-dəki 4 favoriti

11 Oktyabr 2023 18:40 Çempionlar Liqası 302
“Real”, “Barselona”, “Mançester Siti” və “Bayern" - Ançelottinin ÇL-dəki 4 favoriti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının favoritlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 4 klubu əsas favorit kimi göstərib:

“Çempionlar Liqası favoritlərim? “Real”, “Barselona”, “Mançester Siti” və “Bayern”.

“Real” tarixində 14 dəfə Çempionlar Liqasını qazanıb. “Bayern” 6, “Barselona” 5 dəfə turnirin qalibi olub. “Mançester Siti” Çempionlar Liqasının son qalibidir.

Ançelotti 2021-ci ildən “kral klubu”nun “sükanı arxasındadır”. 64 yaşlı mütəxəssis bundan əvvəl İngiltərənin “Everton” komandasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti