"Zirə" "Neftçi" ilə bərabərə qaldı, "Qarabağ"dan Qəbələdə vacib qələbə - - YENİLƏNİB

20 Aprel 2022 21:52 Azərbaycan Futbolu 1 263
"Zirə" "Neftçi" ilə bərabərə qaldı, "Qarabağ"dan Qəbələdə vacib qələbə - - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyunlar çərçivəsindəki hər iki matç eyni gündə baş tutub.

Mərhələnin ilk qarşılaşması Qəbələdə təşkil olunub. Şəhərin eyniadlı komandası Premyer Liqanın lideri “Qarabağ”ı qəbul edib.

Bu 10 gün ərzində üç dəfə üz-üzə gəlməli olan rəqiblərin ilk duelində Ağdam təmsilçisi üstün tərəf olub.

“Qəbələ” erkən qolla hesabı açmasına baxmayaraq, sonda “Qarabağ” iki top fərqilə qalib gəlib və finalın qapısını aralayıb.

Bakı klublarının duelində “Zirə” və “Neftçi” görüşüb. Paytaxt derbisində azarkeşlər ehtiyatlı oyuna şahidlik ediblər.

Bu üzdən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu cütlüyün taleyinə cavab matçında aydınlıq gələcək.

Cavab oyunları aprelin 29-da keçiriləcək.

20 aprel (çərşənbə)
“Qəbələ” – “Qarabağ” - 1:3
Qollar:
Asif Məmmədov, 5 - İsmayıl İbrahimli, 16, İbrahima Vadji, 87, Kadi Borqes, 90+3 (pen.)
Baş hakim: Kamal Umudlu
“Qəbələ”: 1. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu

“Zirə” – “Neftçi” - 0:0
Baş hakim:
Rauf Cabarov
“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
Zirə İdman Kompleksinin stadionu

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"