“Sabah” və "Keşlə" də 1/4 final mərhələsində - Yenilənib

11 Dekabr 2021 19:54 Azərbaycan Futbolu 776
“Sabah” və "Keşlə" də 1/4 final mərhələsində - Yenilənib

Azərbaycan kubokunda 1/8 final mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin ikinci günündə iki matç keçirilib.

Hər iki oyunda Premyer Liqa təmsilçiləri aşağı dəstə klubunu sınağa çəkib. Əvvəlcə “Keşlə” doğma meydanında “Qaradağ Lökbatan”ı qəbul edib.

I divizion komandası erkən qolla önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Nəticədə "Keşlə" əzmkar qələbəyə sevinib.

Günün ikinci matçında “Sabah” “Kəpəz”lə görüşüb.

Ötən mövsüm rəqibini məhz bu mərhələdə mübarizədən kənarlaşdıran gəncəlilər bu dəfə bir hissə müqavimət göstərə bilib. Bakılılar ikinci hissədə vurduqları qollar sayəsində növbəti mərhələyə adlayıb.

Dünən “Səbail” “Zaqatala”nı 3:1, “Qəbələ” MOİK-i 2:1 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra 1/4 finalda “Sabah” “Neftçi”yə, “Keşlə” “Qarabağ”a, “Səbail” “Zirə”yə, “Qəbələ” isə “Sumqayıt”a rəqib olub.

11 dekabr (şənbə)
“Keşlə” – “Qaradağ Lökbatan” - 2:1
Qollar:
Samir Abdullayev, 32, Rəhman Hacıyev, 58 - Elnur Səmədov, 7
Baş hakim: Rauf Allahverdiyev
“Keşlə”: 85. Kamal Bayramov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 77. Merab Qiqauri, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 4. Şəhriyar Əliyev, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 13. Pərviz Azadov, 14. Turan Vəlizadə, 55. Raul Həsənzadə, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov
“Qaradağ Lökbatan”: 90. Əmrah Zülfiqarlı, 8. Urfan İsmayılov, 7. Elnur Səmədov, 77. Sərxan Abdullayev, 17. Sabir Allahquliyev (k), 21. Novruz Məmmədov, 5. Nodar Məmmədov, 15. Ceyhun Muxtarlı, 6. Xəyal Tomarov, 55. Elnur Cəfərov, 4. Asif Məmmədov
Ehtiyat oyunçular: 1. Zeynal Əhmədzadə, 12. Ruzi Abdullayev, 14. Davud Mahmudov, 33. Fərid Mahmudov, 27. Əlibala Ağayev, 9. Raul Məmmədov, 22. Məhəmməd Tağıyev, 3. Kamran Baloğlanov, 10. Həbib İsmayılov
Baş məşqçi: Rafael Əmirbəyov
“ASK Arena”

"Sabah” – “Kəpəz” - 3:0
Qollar:
Coy-Lens Mikels, 57, 61, Kamran Quliyev, 90+2
Baş hakim: Nicat İsmayıllı
“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 8. Şakir Seyidov, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 94. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Zurab Oçiqava, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Kəpəz”: 1. Müşfiq Nadirov, 5. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 7. Bəhruz Teymurov, 6. Vüqar Həsənov, 70. Nicat Süleymanov, 80. Tural Rzayev, 4. Vüsal Məsimov, 97. Emil Qasımov, 23. Röyal Əhmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 42. İbrahim Qədirzadə, 24. İlkin Həsənli, 77. Nihat Fərəci, 17. Ümid Səmədov, 15. Cavad Kərimov
Baş məşqçi: Yaşar Vahabzadə
“Bank Respublika Arena”

Xəbər Lenti