AVRO-2024-ün topları Azərbaycan liqalarında istifadə olunacaq

11 İyun 2024 13:20 Azərbaycan Futbolu 1 116
AVRO-2024-ün topları Azərbaycan liqalarında istifadə olunacaq

2024/2025 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum və klublar arasındakı razılaşmaya əsasən, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər Liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe”dən yararlanacaqlar.

Azərbaycan I Liqasında mübarizə aparan klublar “Adidas” şirkətinin təsis etdiyi “Al Rihla”, II Liqada çıxış edən klublar isə eyni şirkətin istehsalı olan “Adidas Tiro Pro”dan istifadə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI