"Milan" uduzdu, Avroliqada 1/4 finalçılar müəyyənləşdi - NƏTİCƏLƏR

19 Mart 2021 01:58 Avropa Liqası 1 231
"Milan" uduzdu, Avroliqada 1/4 finalçılar müəyyənləşdi - NƏTİCƏLƏR

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bütün cavab görüşləri bu gün keçirilib.

Nəticədə 1/4 finala vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib.

Nəticələrə əsasən, "Qranada", "Dinamo" (Zaqreb), "Arsenal", "Roma", "Slaviya" (Praqa), "Mançester Yunayted", "Vilyarreal" və "Ayaks" növbəti mərhələyə yüksəlib.

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

"Molde" (Norveç) - "Qranada" (İspaniya) - 2:1
İlk oyun - 0:2

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə) - 3:0
İlk oyun - 0:2

"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 0:1
İlk oyun - 3:1

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 1:2
İlk oyun - 0:3.

"Reyncers" (Şotlandiya) - "Slaviya" Praqa (Çexiya) - 0:2
İlk oyun - 1:1

"Milan" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 0:1
İlk oyun - 1:1

"Vilyarreal" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
İlk oyun - 2:0

"Yanq Boyz" (İsveçrə) - "Ayaks" (Niderland) - 0:2
İlk oyun - 0:3

Digər Xəbərlər
Xəbər Lenti