Dünya futbol tarixinin ən bahalı simvolik “11-liy”i - ADLAR

8 Avqust 2022 03:30 Araşdırma 1 213
Dünya futbol tarixinin ən bahalı simvolik “11-liy”i -  ADLAR

İndiyə qədər futbol tarixində 12 futbolçunun bir klubdan digərinə transferi zamanı 100 milyon avrodan xərc çəkilib.

Sportinfo.az xəbər verir ki, onlardan ibarət simvolik “11-lik” hazırlamaq mümkün deyil.

Çünki əksəriyyəti hücumçudur və eyni mövqedə yer alır. Ancaq futbol tarixinin ən bahalı rəmzi komandasını qurmaq heç də asan deyil.

Hər mövqe üzrə ən baha qiymətə klubunu dəyişənlərdən 5-nin keçidi 100 milyon avronu keçib. Bu mənada hücum xətti xüsusi seçilir.

Ən bahalı rəmzi heyət:
Qapıçı:
Kepa Arrizabalaqa - 80 milyon avro
Mərkəz müdafiəçisi: Harri Maquayr - 87 milyon
Mərkəz müdafiəçisi: Mattiys de Liqt – 85,5 milyon
Sol cinah müdafiəçisi: Benjamin Mendi – 57,5 milyon
Sağ cinah müdafiəçisi: Əşrəf Hakimi – 66,5 milyon
Orta sahə: Frenki de Yonq - 86 milyon
Orta sahə: Pol Poqba - 105 milyon
Pleymeyker: Joao Feliks – 127,2 milyon
Sol vinger: Neymar - 222 milyon
Sağ vinger: Usman Dembele - 140 milyon
Hücumçu: Kilian Mbappe - 180 milyon

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!