"Azərbaycana uduzduq, əsəbiləşdim, paltardəyişmə otağında bəzi sözlər dedim"

18 Noyabr 2023 08:50 Milli komanda 1 185
"Azərbaycana uduzduq, əsəbiləşdim, paltardəyişmə otağında bəzi sözlər dedim"

"Bu, çox yöndəmsiz bir vəziyyətdir.

Matçdan sonra əsəbiləşdim və paltardəyişmə otağında bəzi sözlər dedim, amma baş verənlər orada qalmalıdır.

Nəticəyə görə utanmalıyıq. Şəxsən mən utanıram. Bu cür nəticəyə münasibət bildirmək çox çətindir.

Yanne Andersson üçün iki qələbə qazanmalıydıq. Oyundan əvvəl də bu haqda danışmışdım. Lakin təəssüf ki, nəticə belə alındı".

Sportinfo.az xəbər verir ki, İsveç millisinin qapıçısı Robin Olsen AVRO-2024-ün seçmə mərhələsinin Bakıda Azərbaycan millisinə qarşı keçirilmiş matçından sonra danışıb.

"Fotbollskanalen"ə danışan təcrübəli qolkiper tənqidlərə açıq olduğunu deyib:

"Tənqidlərə layiqik. Matçdan sonra üzrxahlıq olaraq azarkeşlərə formamı verdim. Başqa nə etmək olardı? Onlar Bakıya bu cür kabusu görmək üçün gəlməmişdilər".

Digər Xəbərlər
Xəbər Lenti