Millimiz cənubi koreyalı baş məşqçiyə tapşırıldı

29 Dekabr 2022 23:20 Taekvondo 620
Millimiz cənubi koreyalı baş məşqçiyə tapşırıldı

Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.

Sportinfo.az xəbər verir ki, yığma cənubi koreyalı Sun Mi Parka həvalə edilib.

2014-17-ci illərdə də millinin “sükanı arxasında” olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və Olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub.

O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.

Azərbaycan Olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçularımız onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib.

Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da