Futbolun iki fərqli gücü – Türkiyədə və Azərbaycanda

30 Noyabr 2021 16:40 Sizdən Bizə 2 012
Futbolun iki fərqli gücü – Türkiyədə və Azərbaycanda

“Qalatasaray”ın sabiq prezidenti Mustafa Cengiz haqq dünyasına qovuşdu.

Noyabrın 29-da onunla vida mərasimi keçirildi. Həmin gün İstanbulda dəhşətli qasırğa vardı.

Amma buna baxmayaraq, Türkiyə prezidenti Ərdoğan da Cengizin cənazə törənində iştirak etdi.

Ərdoğanın bu addımı futbolun güc olduğunun sübutudur. Futbol milyonların oyunudur. Milyonlar futbol oynamasalar da, futbola azarkeşlik edirlər.

Və futbolun bu gücündən həm də siyasilər yararlanırlar. Bütün dünyada. Kimisi bu gücdən divident kimi yararlanır, kimisi də...

Futbol Azərbaycanda da gücdür. Nöşün ki, Azərbaycanda da milyonlarla insan futbol azarkeşidir. Amma bu güc Türkiyədəkindən fərqlənir. Azərbaycanda futbol hakimiyyətin əleyhinə işləyən gücdür.

Artıq AFFA rəhbərliyini sosial şəbəkələrdə tənqid etmək də olmur.

Yox, senzura yoxdur tənqidə. Sadəcə, AFFA rəhbərliyini tənqid edən kimi azarkeşlərin “onların fəaliyyəti hakimiyyətə xoşdur” şərhləri göz oxşayır.

Azərbaycanda federasiya rəsmiləri həm də hakimiyyət nümayəndələridir axı. Yəni bütün federasiyalara təyinat hakimiyyətin iradəsi əsasında gerçəkləşir.

Belə olan halda, futboldakı uğursuzluqlardan sonra hakimiyyət tərəfindən federasiyadakılara “gedin” deyilmirsə, azarkeşi qınamağa hacət yox.

Futbol gücdür. Bütün dünyada. Bütün dünyada bu gücdən divident qazanmaq üçün yararlanırlar. Azərbaycanda da futbol gücdür. Amma hakimiyyəti gözdən salan güc.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti