Premyer Liqa klubu bu tarixdə yeni ünvana köçür

2 İyul 2022 11:40 Sabah 2 296
Premyer Liqa klubu bu tarixdə yeni ünvana köçür

“ASK Arena”nın “Sabah”ın ixtiyarına keçəcəyi tarix məlum olub.

“Tələbələr” iyulun 4-dən Bakının mərkəzində yerləşən kompleksə köçməyə başlayacaq. Prosesin mərhələli şəkildə aparılmasında dair razılşama əldı olunub.

Ilkin etapda klubun 19 yaşlılardan ibarət komandası yeni məkanda məskunlaşacaq.

“Şamaxı“ iyunun 25-də Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansında olan idman qurğusunu tamamilə tərk edib.

Əslində, “Şamaxı“lılar mayın 31-də buradan ayrılmalı idi. Sadəcə, yeni məkan axtarışı nəticəsiz qaldığından, onlara əlavə möhlət verilmişdi.

Heydər Əliyev prospektində yerləşən stadion və baza təyinatı üzrə istifadə olunacaq.

Azərbaycan Sənaye Korporasiyası ilə “ağ-göylər“ arasında gedən danışıqlar buranın uzunmüddətli icarəyə götürülməsi ilə nəticələnib.

AFFA “Termist” adlı idman qurğusunun əsasında bu məkanı UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub.
Yenidənqurma işləri 4,5 milyon dollara başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.

Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” ev oyunlarını keçirib. 2014-cü ildə stadion “İnter”ə (hazırkı “Keşlə”) 4,25 milyon manata satılıb.

Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək, “İnter”in adına uyğun olaraq "İnter Arena" adı verilib.

2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada “Keşlə” ev oyunlarını keçirib.

Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq, “ASK Əmlak” MMC-yə verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti