"Qarabağ" günü ÜZÜCÜ XƏBƏRlə açdı - SON DƏQİQƏ

6 Avqust 2024 09:40 Qarabağ 15 345
"Qarabağ" günü ÜZÜCÜ XƏBƏRlə açdı - SON DƏQİQƏ

«Qarabağ» bu gün avrokuboklarda növbəti matçına çıxacaq.

Ağdam klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk turu çərçivəsində «Ludoqorets»i qəbul edəcək.

«Köhlən atlar» bu vacib qarşılaşmadan öncə üzücü xəbər alıb. Belə ki, Şahruddin Məhəmmədəliyev axırıncı məşqdə zədələnib.

11 aylıq aradan sonra «Adana Demirspor»dan geri dönən qapıçı bu gün forma geyinə bilməyəcək. Onun əlindəki köhnə zədəsi yenidən özünü göstərib.

«Şah», güman ki, təkrar əməliyyata məruz qalacaq. Hər halda bu gün keçiriləcək MRT-dən sonra Məhəməmmədəliyevin durumuna tam aydınlıq gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?