“Qarabağ”ın rəqibi öz meydanında – “Roma”, “Anderlext”, “Fənərbağça”...

13 Avqust 2024 17:40 Qarabağ 1 592
“Qarabağ”ın rəqibi öz meydanında – “Roma”, “Anderlext”, “Fənərbağça”...

Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” səfərdə çətin oyuna çıxacaq.

“Köhlən atlar” bir həftə əvvəl Bakıda 1:2 hesabı ilə məğlub olduğu “Ludoqorets”lə münasibətlərinə bu dəfə Razqradda aydınlıq gətirəcək.

Bizimkilər üçün heç də asan olmayacaq. Bolqarıstan çempionu ilk oyundan sonra psixoloji üstünlük yaxalayıb. Digər tərəfdən doğma meydan amili var.

Və...

“Qartallar” doğma meydanda son dərəcədə inamlı təsir bağışlayır.

“Ludo” 2022-ci ildən bu yana avrokuboklarda 18 ev oyununa çıxıb. Bunların 4-də məğlub olubsa, 1 matç bərabərliklə sonuçlanıb.

Məğlub olduğu rəqiblər sıradan komandalar olmayıb:

“Ludoqorets” – “Dinamo Zaqreb” 1:2

“Ludoqorets” – “Real Betis” 0:1

“Ludoqorets” – “Ayaks” 1:4

“Ludoqorets” – “Servett” 0:1

Qələbə qazandığı komandaların adlarına baxanda da, kifayət qədər nüfuzlu adlara rast gəlmək mümkündür:

“Ludoqorets” – “Sutyeska” 2:0

“Ludoqorets” – “Şemrok Rovers” 3:0

“Ludoqorets” – “Jalgiris” 1:0

“Ludoqorets” – “Roma” 2:1

“Ludoqorets” – HİK 2:0

“Ludoqorets” - “Anderlext” 1:0

“Ludoqorets” – “Balkani” 4:0

“Ludoqorets” - “Astana” 5:1

“Ludoqorets” – “Fənərbağça” 2:0

“Ludoqorets” – “Spartak Trnava” 4:0

“Ludoqorets” – “Nordşelland” 1:0

“Ludoqorets” - “Dinamo Batumi” 3:1

“Ludoqorets” – “Dinamo Minsk” 2:0

Göründüyü kimi, “Qarabağ”ın rəqibi son 2 ildə Razqradda “Roma”, “Anderlext”, “Astana”, “Fənərbağça”, “Nordşelland” kimi rəqiblərini məğlub edib, 4 halda 3 və daha artıq qol vurub.

Ümid edək ki, “köhlən atlar” qazanacağı qalibiyyətlə “Huvepharma Arena”ya toplaşan fanatları məyus etməyi bacaracaq.

Avqustun 13-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTINFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti