“Linkoln” və “Araz Naxcıvan”la yoxlama görüşlərinə bənzəyən rəsmi oyunları nəzərə almasaq, “Qarabağ” üçün mövsüm “Ludoqorets” matçı ilə başlayırdı.
Son illər öz ölkəsinin futbolunda brendə çevrilən, avrokuboklarının qruplarında müntəzəm oynayan iki komandanın dueli.
Düzü, bizim bəzi dırnaqarası futbol bilicilərimiz “Ludoqorets”i hansı məntiqlə “Qarabağ”dan zəif sayırdı bilmirəm, amma bu, təxminən eyni potensiala sahib rəqiblərin qarşılaması idi.
2011-ci ildən bu yana Bolqarıstanda “Ludoqorets”in çempionluğuna mene olan yoxdur. Bizdə də eynən “Qarabağ”.
Tərəflərin ilk duelində “Qarabağ” daha üstün oynadı. Daha cox hücum etdi. Ancaq lazımi nəticəni “Ludoqorets” qazandı.
Bu, Bolqarıstan çempionun ənənəvi taktikası idi. Müdafiəyə qapanmaq, inkan düşdükcə, əks-hücumlarla rəqibi cəzalandırmaq, sərt, bəzən də kobud oyunla rəqib futbolçuların “gözünün odunu almaq”.
“Ludoqortes”in baş məşqçisi Giorgi Dermençiyev nələri dşüünmüşüdüsə, demək olar ki, elə də oldu. Rəqib “Qarabağ”ı daha dəqiq təhlil etmiş, yaxşı öyrənmişdi.
Nəinki “Qarabağ”ı, deyəsən, matçın isveçrəli hakimi Urs Şneyderi də.
Bəlkə də referinin idarəçiliyini təhlil edən bolqarlar rahat çəkildə sərt yox, hətta kobud oyuna üstünlük verir, bəzi epizodlarda “Qarabağ”ın futbolçularını sözün əsl mənasında tapdalayırdılar.
Hakim isə bu qədər kobud oyunun fonunda “Ludoqorets”i cəmi 4 sarı vərəqə ilıə cəzalandırdı. 89-cu dəqiqədə Kayo Vidalın meydandan qovulması isə artıq bizim üçün gecikmiş qərar idi.
“Qarabağ”ın özünün də səhvləri az olmadı. İlk hissdə Olaviyo Juninyo meydnanda demək olar görünmədi.
Rəqib “Qarabağ”ın əsas “qol silahı”nı ilk yarıda tam “bağlamışdı”. Həmçinin Leanardo Andrade zərərsizləşdirmişdilər.
Zubirə əl-qol açmağa imkan vermədilər. Veşoviçlə Yankovic də gözlənilən oyunu göstərmədi.
Müdafıəmizin mərkəzi bərbad çıxış etdi. Qonaqlar hər iki qolu başla oxşar tərzdə vurdu. İlk qolda Dinis Almeyda Bəhlul Mustafazadə ilə Veşovicin arasından rahatlıqla başla topu qapıya göndərdi.
İkinci qolda isə Mateus Silva və müdafiəyə guya köməyə gələn Hamidu Keyta Kayo Vidalı diqqətdən qaçırdı.
Ümumiyyətlə, 1 ildən artıqdır “Qarabağ”da oynayan Keyta beynəlxalq arenada heç cür parlamır. Bizim bəzi oyuncular kimi, deyəsən, Keytanın da maksimumu Azərbaycan Premyer Liqasıdır.
“Qarabağ”ın yeganə qolunu isə əsas qol ümidimiz Juninyo vurdu, hərcənd bu matçda rəqib ona cidid nəzarətdə saxlayırdı. Qapıçımız Fabiyan Buntiç 2 əla seyv etdi.
Hər iksindən də az sonra “Ludoqorets” qol vuraraq, xorvat qolkiperi ürəkdən alqışlamağmıza imkan vermədi.
Belə matçlarda, adətən, ehtiyatda “silah”ın olur ki, matçın axarını, taleyini dəyişəsən. “Qarabağ”da bu cür oyuncu tapılmadı.
Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən komanda belə kasad heyətlə oynayırsa, bu cür məğlubiyyətlər gec-tez olmalıdır.
Əvvəldən məlum idi ki, “Qarabağ” bu il ən pis halda Avropa Liiqasında və ya Konfrans Liqasının qrupunda oynayacaq, böyük ehtimalla, minimum fevrala qədər Avropada çıxış edəcək. “Qarabağ” rəhbəriyi bunu nəzərə alıb, yayda transferlər etməli idi.
Yox, rəhbərlik transferlərə görə yenə əvvəlki səbəblərə söykənirsə, Avroliqada 1/8 final oynayan, hər il qruplara qalan komandaya da səviyyəli legioner gəlmək istəmirsə, daha nə deyək?
“Qarabağ” Bakıda “Ludoqorets”lə duelin ilk hissəsini uduzdu. Mübarizə isə hələ bitməyib. Düzdür, indiyədək bizim komandalar Bolqarıstan səddini keçə biıməyib.
1996-cı ildə “Neftçi” Bakıda “Lokomotiv Sofiya”ya Yaşar Vahabzadə və Vidadi Rzayevin iki gözəl qoluyla qalib gəlsə də, səfərdə 0:6 hesablı məğlubiyyətlə mübarizəni dayandırmışdı.
2009-cu ildə pulunu balta kəsməyən “Bakı”nı isə “Levski” dayandırmışdı. İndi də bolqarlar “Qaraba”ğı kəməndə salmaq fikrindədir.
İlk dəfə Bakıda Bolqarıstan klubuna uduzduq, Ümid edirik ki, “Qarabağ” bunun əvəzini Razqradda çıxar və birinci dəfə bolqar səddini adlayarıq.
“Qarabağ”ın bunum üçün yetərincə gücü də, potensialı da var.
Motivasiya üçün isə “Qarabağ”ın məşqçi və oyuncu heyəti “Ludoqorets”in baş məşqçisi Dermenciyevin Bakıda dediklərıni beyninə yazsa, kömək olar: “Qarabağ” cavab oyununda ağıllı oynasa, nəticə qazana blər”.
Yadıma “Qarabağ”ın “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesovu cavab matçında necə peşman etməsi düşdü.
Məncə, Bolqarıstanda da Dermenciyevin dediyi kimi, ağıllı oynayıb, ona “ağıllı ol, biz “Qarabağ”ıq” mesajını vermək lazımdır.
Qurban Qurbanov və komandasından bunu gözləyirik.
İlkin Fikrətoğlu

