Daim gündəmdə olan oyunçu - O, “Qarabağ”ı niyə tərk etdi?

13 Avqust 2024 21:20 Qarabağ 9 801
Daim gündəmdə olan oyunçu - O, “Qarabağ”ı niyə tərk etdi?

“Adana Demirspor”dan ayrılaraq “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyev Rusiyada müsahibə verib.

Təcrübəli qapıçısı həmyerlimiz Anar İbrahimovun aparıcısı olduğu və internet üzərindən yayımlanan “Topu çıxar” adlı verilişdə qonaq olub.

Məhəmmədəliyev geniş müsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib, səmimi cavablarla diqqət çəkib.

O, ötən yay Azərbaycanın ən uğurlu komandası sayılan “Qarabağ”ı Türkiyənin ortababı “Adana Demirspor”a dəyişməsi ilə bağlı sualı cavablandırıb:

“Həmin vaxt hər şey bir anın içində baş verdi. Ötən mövsüm “Adana Demirspor” Türkiyədə “Top-5”də olan komandalardan sayılırdı, yaxşı heyətə malik idi.

Dəvət gəldi, mən də yaxşı şans, uyğun vaxt olduğunu düşünüb razılaşdım”.

Şahruddinə ünvanlanan “Azərbaycan çempionu olmaq, yoxsa başqa komandada Balotelli və Nani kimi ulduzalarla eyni komandada oynamaq. Hansını seçərsən” sualına təcrübəli qapıçısı hansı cavabı verib?

O, başqa komandada ulduzlarla çiyin-çiyinə oynamağı Azərbaycan çempionluğundan üstün tutduğunu bildirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”