“Çatışmazlıqları düzəltsək, hər şey yaxşı olacaq” - “Qarabağ”ın müdafiəçisi

11 Avqust 2024 13:35 Qarabağ 866
“Çatışmazlıqları düzəltsək, hər şey yaxşı olacaq” - “Qarabağ”ın müdafiəçisi

“Komandada əhval-ruhiyyə yaxşıdır, səfərə iddialı yollanacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.

Ağdam təmsilçisi gələn həftə Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab matçına çıxacaq. Bakıdakı ilk görüşdə “Ludoqorets”ə 1:2 hesabıyla uduzan “köhlən atlar” Bolqarıstana uğur qazanmaq üçün yollanacaq.

Arxa xətt oyunçusu söyləyib:

“Burada oyun baxımından “Ludoqorets”ə heç nədə uduzmadıq. Müəyyən çatışmazlıqları düzəltsək, hər şey yaxşı olacaq.

Daha soyuqqanlı olmaq lazımdır. Eləcə də səfərdə Bakıdakından da yaxşı oynamalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”