Azərbaycan klubu sövdələşdi - Yeni transferlə bağlı

11 Avqust 2024 11:30 Qarabağ 2 337
Azərbaycan klubu sövdələşdi - Yeni transferlə bağlı

Dünən xəbər verdiyimiz kimi, “Sabah" heyətini yeni legionerlə gücləndirib.

Masazır təmsilçisi İqor Noqeyra ilə 2 illik müqavilə bağlayıb.

Mərkəz müdafiəçisi Portuqaliyadan -"Şaveş"dən transfer edilib.

İki klub arasında anlaşmaya əsasən, braziliyalı onlara pul qazandıra bilər.

“Sabah” cənubi amerikalı legioneri üçüncü tərəfə satarsa, əldə etdiyi vəsaitin müəyyən hissəsini “Şaveş”ə ödəyəcək. Burada hardasa qazancın 20 faizindən söhbət gedir.

"Fluminense"nin yetirməsi olan 29 yaşlı futbolçu Belçikanın "Gent" (2014-2015), Braziliyanın "Fiqeyrense" (2018), CRB (2019), "Yuventude" (2022), Portuqaliyanın "Jil Visente" (2019-2021), "Santa Klara" (2023), "Şaveş" (2023/2024) və Meksikanın "Mazatlan" (2021-2022) klublarında da çıxış edib.

"Sabah" bunadək Kahim Parris, Coy-Lens Mikels, İvan Lepinitsa, Neqoş Kupusoviç və Pavol Şafrankonu transfer edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”