“Oyuna pis başlamadıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Premyer Liqanın 2-ci turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O. ilk hissədə rəqib qapısına yol tapa bilməmələrinin səbəbini belə izah edib:
“Hələ mövsümün əvvəlidir. Bu, hiss olunur. “Kəpəz” barədə də eyni sözləri demək olar.
Görünür ki, onlar da tam hazır deyillər. Ümumilikdə bizim üçün yaxşı oyun alındı.
Qol şanslarımız var idi. Daha da çox fərqlənə bilərdik.
“Kəpəz” yaxşı müdafiə olunurdu. Onlara əhsən! Görünür ki, yaxşı təşkilatlanmış komandadırlar.
Birinci hissədə fərqlənmək üçün qol imkanlarımız var idi. Onlardamn istifadə edə bilmədik.
Fasilədən sonra oyunumuzu korrektə etdik və lazımi qolları vurduq”.

