“Qarabağ”ın planı bilindi, Qurban Qurbanov imtina etdi

10 Avqust 2024 19:40 Qarabağ 10 450
“Qarabağ”ın planı bilindi, Qurban Qurbanov imtina etdi

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Ludoqorets”lə üz-üzə gələcək.

Azərbaycan çempionunun Bolqarıstan planına aydınlıq gəlib.

“Köhlən atlar” səfərə oyundan bir gün əvvəl, yəni avqustun 12-də yola düşəcək.

Nümayəndə heyətini Bakıdan Varnaya aparacaq çarter reysli təyyarə 16:30-da havaya qalxacaq və təxminən 3 saatlıq uçuşdan sonra turistlərin sevimli şəhərinə eniş edəcək. Varnadan Razqrad şəhərinə olan məsafə avtobusla qət ediləcək.

Yerli vaxtla axşam 6-7 radələrində qarşılaşmanın keçiriləcəyi şəhərə çatacaq komanda üzvlərinin otelə yollanması, yerləşməsi müəyyən zaman alacaq. Belədə, matçın baş tutacağı stadionda oyun öncəsi son məşq keçirilməyəcək.

Qurban Qurbanovun istəyinə əsasən qarşılaşmadan əvvəlki hazırlıq prosesi bir gün əvvəl səhər saatlarında Bakıda reallaşacaq.

Komandalar arasında Bakıda gerçəkləşən ilk dueldə bolqarlar 2:1 hesabı ilə qalib gəlib.

Avqustun 13-də “Huvepharma Arena”da baş tutacaq cavab matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti