Çempionlar Liqasındakı təmsilçimiz 3-cü mərhələnin ilk matçında məğlub oldu.
“Köhlən atlar” əksəriyyətin gözləmədiyi halda “Ludoqorets”ə boyun əydi. Həm də doğma meydanda, öz azarkeşlərinin gözləri önündə.
Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin 5 illik, başqa cür desək, 10 oyunluq uğurlu seriyası qırıldı.
Ağdamlılar Çempionlar Liqasında sonuncu ev məğlubiyyətini 2019-cu ildə almışdı. Həmin ilin avqustunda APOEL-ə 0:2 hesablı yenilgi yəqin ki, yadınızdadır.
O gündən bu yana Avropanın bir nömrəli klub turnirində 10 oyun keçirən “Qarabağ” 6 qələbə qazanmış, 4 halda heç-heçə etmişdi.
“Molde” ilə Bakıdakı qarşılaşmada penaltilər seriyasındakı uğursuzluq nəzərə alınmır.
2020/21
Qarabağ – Sileks 4:0
Qarabağ – Şerif – 2:1
Qarabağ – Molde 0:0
2022/23
Qarabağ – Lex 5:1
Qarabağ – Sürix – 3:2
Qarabağ – Ferentsvaroş 1:1
Qarabağ – Viktoriya 0:0
2023/24
Qarabağ – Linkoln 4:0
Qarabağ – Rakuv 1:1
2024/25
Qarabağ – Linkoln 5:0
Maraq üçün bildirək ki, “köhlən atlar”in “Ludoqorets”lə cavab görüşü avqustun 13-də Bolqarıstanda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

