"Ludoqorets" hara gəldiyini yaxşı bilirdi və əmin idilər ki...”

9 Avqust 2024 20:40 Qarabağ 1 602
"Ludoqorets" hara gəldiyini yaxşı bilirdi və əmin idilər ki...”

"Oyun ərzində ağlımdan keçirdiyim fikirləri Qurban müəllim mətbuat konfransında dilə gətirdi".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında "Ludoqorets"ə məğlubiyyətini (1:2) şərh edən Azər Bağırov deyib.

Futbol mütəxəssisi davamında təmsilçimizin surpriz məğlubiyyətinin əsas səbəblərini dilə gətirib:

"Linkolin" və "Araz Naxçıvan"la asan keçən görüşlərdən sonra "Ludoqorets" kimi rəqiblə qarşılaşma oldu. Bəziləri bu komandanı asan rəqib gözündə görürdü.

Oyunun startında göründü ki, komandamız matça çox yaxşı hazırlaşıb. "Qarabağ"da erkən qolla qonaqları psixoloji sındırmaq məqsədi vardı.

Erkən qol alınmadıqda bolqarlar əlavə ruh, güc əldə etdilər. Əsasən birinci zonada yaxşı müdafiə olunurdular.

Uzaqdan zərbələrə "divar" qoya bilirdilər. Hətta 10 nəfərlə qalanda belə bunu görmək olurdu. Əlavə olaraq kəsərli əks-hücumları vardı.

Səbəblər bir neçədir. Əsas məqam o idi ki, "Ludoqorets" hara gəldiyini yaxşı bilirdi. Və "Qarabağ"a qarşı necə oynamaq lazım olduğuna əmin idilər".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”