«Qarabağ»ın müdafiəçisi Elvin Cəfərquliyev böyük miqdarda cərimələnib.
Onunla bağlı qərar Qurban Qurbanova məxsusdur.
Buna səbəb Elvinin Premyer Liqanın ilk turunda «Araz-Naxçıvan»a qarşı keçirilən matçda (4:1) iki sarı vərəqə alaraq, komandanı meydanda azlıqda buraxmasıdır.
Baş məşqçi ötən mövsüm «Braqa» və «Bayer»lə Avropa Liqasının pley-off oyunlarında da qırmızı vərəqə almış cinah oyunçususunun hərəkətlərinə bu dəfə səbr göstərməyib.
Onu kollektivdaxili iclasda möhkəm danlayıb. Təcrübəli mütəxəssis necə sərt sözlər deyibsə, digər futbolçular Elvinin yerinə utanıblar.
SPORTİNFO.AZ